Rəng dairəsi
Rəng dairəsi əsas rəngin qarışığıdır. Bu layihədə öyrəndiyimiz məqam ondan ibarət oldu ki, rənglərin qarışığından necə yeni rəng almaq olar? Sualına cavab tapdıq. Ağ kağızın üzərində rəngləri qarışdırdıq.Bunu riyazi ifadə ilə göstərmək olar.
SARI+ GÖY= YAŞILGÖY+ QIRMIZI= BƏNÖVŞƏYİ
QİRMİZİ + SARI= NARINCI
GÖY+ AĞ= MAVI
QIRMIZI+ QARA= QƏHVƏYİ
QIRMIZI+ AĞ= ÇƏHRAYI
Araşdırdığ ki, heç bir rəng qarışığından ağ rəng almaq olmur. Qara rəngi digər rənglərə qatdığda isə rənglər tündləşir. Rənglərə ağ rəng qatdığda isə möcüzələr baş verir.
Apardığımız tədqiqatları sizə təqdim edrik, buyurub baxa bilərsiz))))))
Həmçinin biz düşündük ki , məktəbimizin psixoloqu olan Ümbülbanu müəllimədən rənglərin insan psixologiyasına təsirindən soruşaq.Ümbülbanu müəllimənin dediklərindən :
Uşaqlar rəng insanın daxili aləmini göstərir. İnsanın şəxsiyyəti geyindikləri geyimdə də özünü göstərir. Psixologiyasına təsir edir.
Rənglər insanın ətraf mühitdə özünü rahat hiss etməsi xüsusiyyətlərinə malkdir.
Sarı rəng- kökəlməyə meyilliQara rəng- Bu rəngdə geyinənlər çox ciddi və istedadlı olur.Yüz ölçüb bir biçir.
Yaşıl rəng- geyinən insanlar rahatlıq istəyən olur, təbiəti sevir.
Mavi rəng - geyinən adamlar sakitliyi sevir, mübahisə etməyi sevmir.
Bənövşəyi rəng-geyinən insanlar düşüncəli , həyatla ayaqlaşan real insanlardır.
Ümbülbanu müəllimənin dediklərindən belə qnaətə gəldik ki, düzgün rəng seçmək insanın həmçinin əhvalına təsir edir.Demək , rənglər insanın daxili dünyasının aynasıdır!
Bəlkədə bu səbəbdən yazıçılarımızda rənglər haqqında yazmışlar.Həmçinin kitabxanada apardığımız tədqiqat zamanı
Rəsul Rzanın rənglər haqqında fəlsəfə şerinə rastladıq:
Qırmızı sarı yaşıl ağ qara. Hərəsi bir sınaqla bağlıdır.
Qara-matəm .
Qırmızı - bayram.
Sarı- nifrət rəmzi imiş.
Qırmizı -qanda ola bilər, nifrət rəmzi də.
Rənglər könlümüzdən keçir isti sərin küləklər kimi
Nəğmələr sözlər səslər
Qəlbimizə dolur müxtəlif rənglər kimi
Rənglər xatirələr oyadır ,duyğular oyadır.
Eyni zamanda görə məktəbimizin müəlliməsi Tamilla müəllimə" Rənglərin silsiləsi" haqqında şer yazdı.
Söylədi ağ :
Mən rənglərin padşahıyam,
Gəlinlərin ağ duvağı ,ag üzüyəm.
Ləkəsizəm ,nöqsansızam ,
Həm bəyazam ,ağappagam,
Yağsa ağ qar yer üzünə bərəkətəm.
Məndən doğar başqa rənglər
Mən anayam.
Apardığımız tədqiqatlar bizim üçün çox maraqlı oldu, bilmədiyimiz çoxlu yeni biliklərə sahib olduq. Düşünürük ki , bildiklərimizi digər şagirdlərlədə paylaşsaq yaxşı olar, ona görə biz " Rənglər aləmində" adlı divar qəzeti hazırlayacayıq.
Layihədə bizə göstərdikləri köməkliklərə görə Tamilla müəllimə,Şəlalə müəllimə ,Ümbülbanu müəllimə, bloqların tərtibatında köməklik göstərən Əfsanə və İlahə müəllimə dərin təşəkkürümüzü bildiririk!
Ən əsas isə Könül müəlliməyə çox sağol deyirik və dərin təşəkkürümüzü bildiririk! Bu layihə sayəsində biz yeni biliklər əldə etdik!
Hamıya təşəkkürlər!